Əfsanəvi Romario yaşıl meydana qayıdır

Dünya




Braziliya millisinin əfsanəvi futbolçusu olmuş Romarionun adı prezidenti olduğu Rio-de-Janeyronun “Amerika” klubunun iştirak ərizəsinə salınıb.

58 yaşlı Romario bildirib ki, qəlbən bağlı olduğu klubun heyətində bir neçə oyun keçirmək arzusundadır.

“İstəyirəm başa düşəsiniz ki, mən çempionluq uğrunda mübarizə aparmıram. Qəlbən bağlı olduğum klubun heyətində meydana çıxmaq istəyirəm. Bundan əlavə, daha bir arzumu həyata keçirmək – oğlumla eyni heyətdə oynamaq istəyirəm”, – deyə 58 yaşlı Romario bildirib.

Məlumat üçün əlavə edək ki, Romario 1994-cü ildə Braziliya millisinin heyətində Meksikada keçirilən çempionatda dünya çempionu olub.

Mənbə: ESPN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir