Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi – İDDİA + FOTO

Cəmiyyət




Azərbaycanda kişinin başqası tərəfindən ona təhvil verilən qıza bədənini satmağı təklif etdiyi iddia olunur.

resmixeber.az-ın məlumatına əsasən, bu barədə “Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, hər şey qızın ata və anasının boşanmasından sonra başlayıb:

“Zəhra (ad şərtidir) ana və atası boşandıqdan sonra rayonda anası ilə həyatını davam etdirib. Bir müddət anası ilə yaşadıqdan sonra anası onu tanıdığı bir şəxsə (40-50 yaş) kişiyə təhvil verib və “onunla nə edirsən, et” deyərək razılaşıb. Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi ona “bədənini sat, pulu birgə bölərik” deyib”.

Məlumata görə, bu sözləri eşidən Zəhra qollarını kəsib və evdən qaçıb.  

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qızın həyatını xilas ediblər. 

“Polislər onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın dedikləri, yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağını ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır”, – deyə M.Zeynalova bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir