Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin daha bir sübutu – RƏY + FOTO

Siyasət




Milli Məclisin deputatı Soltan Məmmədov Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasını onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdiyinə daha bir sübut olduğunu deyib.

Deputat “resmixeber.az”a açıqlamasında qeyd edib ki, Fransanın bu addımı iki ölkə arasında əlaqələrin daha ciddi zədələnməsi ilə nəticələnə bilər.

“Fransanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu bu ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunun xeyli dərəcədə zəifləməsinə səbəb olub. Çünki rəsmi Parisin xarici siyasət strategiyası bir çox hallarda dünyada və regionda baş verən proseslərin yaratdığı reallıqları nəzərə almır. Təəssüf ki, biz ötən dövrdə, xüsusilə də son illərdə Fransanın Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunmasına yönəlmiş ciddi, faydalı təşəbbüslərini müşahidə etmədik. Fransa hər zaman regionda gərginliyin qalmasında, münaqişələrin həll edilməməsində maraqlı olub”, – o vurğulayıb.

Milli Məclis üzvünün fikrincə, Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan, bu gün mövcudluğuna son verilmiş separatçı rejimə dəstək ifadə edən qərarları, eləcə də bu ölkənin müxtəlif səviyyəli dövlət rəsmilərinin səsləndirdiyi qərəzli bəyanatlar Azərbaycanla münasibətləri gərginləşdirmək xəttinin məqsədli şəkildə davam etdirildiyini göstərir:

“Münasibətlərin indiki vəziyyətinin təşəbbüskarı Azərbaycan olmayıb. Bizim ölkəmiz hər zaman tərəfdaşları ilə əlaqələrdə səmimi və açıq davranıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu gücləndirən, regional proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə artıran əsas amillərdən biri də məhz etibarlı tərəfdaş olmasıdır”.

S.Məmmədov əlavə edib ki, iqtisadi imkanlar, geostrateji mövqe və digər faktorlar xarici əlaqələrdə mühüm yer tutur, lakin indi beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad daha çox ehtiyac duyulan həlledici məsələyə çevrilib:

“Görünür, bu yeni çağırışların hələ də fərqində olmayan ölkələr var. Son 3 il yarım ərzində Makron hökumətinin Cənubi Qafqazla bağlı yürütdüyü siyasət göstərir ki, Fransa məhz belə ölkələrin sırasındadır”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir