Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək

Dünya




“Türkiyə şirkəti Texasda 155 millimetrlik top mərmilərinin əhəmiyyətli hissəsini istehsal edəcək zavod tikməyə hazırlaşır”.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin yüksək rütbəli nümayəndəsi, demokrat Adam Smit (Vaşinqton ştatından) dinləmələrdə bildirib.

O qeyd edib ki, zavod ABŞ-nin döyüş sursatı məsələsində istehsal ehtiyaclarını ödəmək üçün kritik rol oynayacaq.

Lakin o, konkret hansı istehsal həcmlərindən söhbət getdiyini və bu planların icrasının hansı mərhələdə olduğunu açıqlamayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir