Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? – RƏSMİ AÇIQLAMA + FOTO

Cəmiyyət




Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi – red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur.

Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə əlaqədar resmixeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisənin baş verdiyi tarixdə növbədə olan həkim və tibb bacısı tərəfindən göstərilən xidmətlə bağlı araşdırma aparılıb:

“Məsələ Tibbi Şurada müzakirə ediləcək, fəaliyyətində nöqsan aşkar edilən tibb personalı barəsində müvafiq intizam tənbehi tədbirləri görüləcək. Əlavə olaraq, şöbə əməkdaşları ilə söhbət aparılıb və müvafiq göstərişlər verilib. Müəssisə rəhbərliyinə nəzarətin gücləndirilməsi tapşırılıb”.

Məlumatda qeyd olunub ki, qollarının kəsildiyi iddia olunan Gülüstan Nadir qızı Dadaşova 10.04.24-cü il tarixində beyin qan dövranının kəskin pozulması, kəskin işemik insult diaqnozu ilə Xəzər Tibb Mərkəzinə qəbul edilib:

“Aprelin 11-də xəstə göndəriş əsasında özəl tibb müəssisəsində MRT (maqnit-rezonans tomoqrafiya) müayinəsindən keçirilib. Növbəti gün səhər saatlarında tibb bacısı tərəfindən xəstənin qollarında kəsiklər aşkar edilib, aseptik sarğı qoyulub.

Pasiyent aprelin 14-də yaxınlarının təkidi ilə öz iltizamnaməsi əsasında kafi vəziyyətdə evə buraxılıb”.

Əzizə İsmayılova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir