Azərbaycanda yüksəkmaaşlı sahələr – SİYAHI

Cəmiyyət




2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8% artaraq 946,8 manat olub.

Hesabat dövründə əməkhaqqı neft-qaz sektorunda 3 948,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 901,8 manat, özəl müəssisələrdə isə 996,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. 

Hesabat dövründə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)   

İqtisadi fəaliyyət növləri Cəmi o cümlədən
dövlət qeyri-dövlət
Ölkə üzrə – cəmi 946,8 901,8 996,5
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq528,0496,1552,7
Mədənçıxarma sənayesi3 298,62 097,23 948,2
Emal sənayesi866,91 207,1815,2
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı1 035,71 030,71 349,3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı706,9657,91 155,8
Tikinti1 044,7958,31 069,9
Ticarət; nəqliyyat vasitələrinin təmiri658,8887,2657,0
Nəqliyyat və anbar təsərrüfatı1 341,11 359,51 315,9
Turistlərin yerləşdirilməsi və ictimai iaşə732,01 484,0701,7
İnformasiya və rabitə1 639,51 373,11 845,8
Maliyyə və sığorta fəaliyyəti2 325,92 665,52 241,3
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar936,9988,5917,5
Peşə, elmi və texniki fəaliyyət1 538,4972,82 079,8
İnzibati və yardımçı xidmətlərin göstərilməsi600,0549,1732,0
Dövlət idarəetməsi və müdafiə; sosial təminat1 254,01 293,1458,6
Təhsil742,2734,4903,5
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi820,4842,4716,4
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət708,8668,21 080,8
Digər sahələrdə xidmətlərin göstərilməsi1 074,41 388,7983,1

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir