Tofiq Yaqublu növbəti dəfə hakim qarşısına çıxdı

Kriminal




Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.

“resmixeber.az” xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha iki ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabr ayının 14-də saxlanılıb. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir