Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”

Cəmiyyət




Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.

resmixeber.az xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.

Şagirdin yaxınlarının resmixeber.az-a verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:

“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir