Üç yaşlı Vahidin dəstəyinizə ehtiyacı var – FOTO/VİDEO

Cəmiyyət




Üç yaşlı Vahid Nicat oğlu Hacıyev fenilketonuriya (ağır irsi xəstəlik olub, əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir.

Bu barədə resmixeber.az-a onun atası Nicat Hacıyev məlumat verib.

O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.

“Vahidin xəstəliyini üç aylıq olanda bildik. O dövrdən müalicələrə başladıq. İmkanımız olmadığı üçün müalicələri tam şəkildə edə bilmirdik. Yardımsevər şəxslərin sayəsində fevral ayında Vahidin müalicəsi üçün Türkiyəyə yollandıq. Orada aldığı 40 günlük müalicənin müsbət təsirləri oldu”

Nicat Hacıyev bildirib ki, övladının müalicəsi üçün yenidən yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.

“Vahid uzun müddət müalicə və müayinə olunmalıdır. Hazırda onun ilk kurs müalicəsi üçün bizim 3 000 manata ehtiyacımız var. İnanın, dərmanlar o qədər bahadır ki, bizim onları almağa imkanımız çatmır. Evdə tək mən işləyirəm, heç bir halda bu qədər məbləği toplayıb övladımı müalicə edə bilmirəm. Yardımsevər şəxslərdən Vahidə bir daha yardım etmələrini, onu bu yolda tək buraxmamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 919-09-11.

Kart nömrəsi: 4169 7387 9207 8812.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir