Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub – FOTO/ VİDEO

Cəmiyyət




Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Bu barədə FHN-dən resmixeber.az-a məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 kvadratmetr sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə dörd ədəd qaz balonu yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir