Naxçıvanın bəzi ərazilərinə suyun verilişi dayandırılıb – FOTO

Cəmiyyət




Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsində magistral su xəttində qəza baş verib.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir.

Borunun partlaması nəticəsində 2-ci və 3-cü mikrorayon ərazilərinə, həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Su Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir