Estoniya DİN rəhbəri Rus Pravoslav Kilsəsinin terrorçu kimi tanınmasını təklif edib

Dünya




Estoniyanın daxili işlər naziri Lauri Lanemets Moskva Patriarxlığının Rus Pravoslav Kilsəsinin (RPK) terror təşkilatı kimi tanınması təklifi ilə çıxış edib.

Onun sözlərinə görə, bu, hökumətə ölkədə Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan etməyə imkan verəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri psixi xəstəliyin təzahürü adlandırıb. Estoniyadakı pravoslav kilsəsinin 100 mindən çox tərəfdarı var.

“Mövcud konteksti nəzərə alaraq, mənim daxili işlər naziri kimi Riyqikoquya (Parlament – red.) Moskva Patriarxlığını terrorçu və terror fəaliyyətinin dəstəkçisi elan olunmasını təklif etməkdən başqa yolum yoxdur”, – deyə Lauri Lyaenemets bildirib.

“Bunun gəlmələrə heç bir təsiri olmayacaq, bu, kilsələrin bağlanacağı demək deyil. Lakin bu, Moskva ilə əlaqələrin kəsiləcəyi deməkdir, – deyə nazir qeyd edib.

Mənbə: Kommersant.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir