Ermənistanın etirafı – Aİ monitorinq missiyasının sükutu – ŞƏRH + FOTO

Siyasət




Ermənistan Azərbaycanla şərti sərhədi pozduğunu yenə etiraf edib

Aprelin 10-da, saat 15:20 radələrində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hadisə baş verən gün Azərbaycan hadisəni Ermənistan hərbçilərinin törətdiyi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Bu pozuntuya görə məsuliyyəti rəsmi İrəvanın daşıdığı bildirilib.

Bu gün Ermənistanın İstintaq Komitəsi baş verən hadisədən təəssüfləndiyini bəyan edib. Baxmayaraq ki, hadisənin məsuliyyətini üzərindən atmaq, özünü obyektiv göstərmək üçün həmin tarixdə İrəvan Azərbaycana hadisəni birgə araşdırmağı təklif edib. Ölkənin İstintaq Komitəsi isə aprelin 12-də açıqlama yayaraq atəşi öz sərhədçilərinin açdığını və fakt üzrə cinayət işinin başladıldığına dair rəsmi məlumat yayıb.

Bu hadisə Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması ilə bağlı Azərbaycanın narahatlığını bir daha təsdiqləyib.

Qeyd edək ki, bu il fevralın 12-də də saat 13:37-də Ermənistan-Azərbaycan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılmışdı. Ermənistanın təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanmışdı.

Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozması faktını onda rəsmi İrəvanla yanaşı, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı da etiraf etmişdi.

Rəsmi Bakı sərhədyanı bölgədə erməni hərbçilərin atəşkəsi pozduğuna dair dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Ancaq indiyədək pozuculuq fəaliyyətinə görə, rəsmi İrəvan tənbeh olunmayıb. Əksinə, belə təcavüzkar fəaliyyət göstərən Ermənistana hərbi texnika və təlimçilər göndərilir. Bununla da onun perspektivdə Cənubi Qafqazda destruktiv fəaliyyətinə indi də dəstək verilir. Başqa sözlə, bu ölkəni pozuculuq fəaliyyəti ilə region dövlətlərini, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyini təhdid etmək üçün sanki indidən hazırlayırlar.

Hadisə sübut edir ki, Fransa və Ermənistanın təşəbbüsü ilə sərhədyanı bölgəyə yerləşdirilən Avropa İttifaqının mülki monitorinq missiyası mandatına uyğun fəaliyyət göstərmir. Bu qurum hər iki hadisədən sonra Ermənistanın sərhədyanı bölgədə atəşkəsi pozduğuna dair açıqlama yaymayıb. Halbuki, onun missiyası bu kimi halları vaxtında qeydə alıb, uyğun açıqlamalar yaymaqdır. Belə çıxır ki bu qurum ancaq Azərbaycana qarşı fəaliyyət göstərir.

Ermənistan hərbçilərinin, mülki monitorinq missiyasının və beynəlxalq ictimaiyyətin sərhədyanı olaylara sükutla yanaşması rəsmi Bakının İrəvana etimad göstərməməsinə də əsas verir. Azərbaycanın Ermənistandan yeni təhlükənin yaranacağına dair narahatlığını bu hadisələr bir daha təsdiqləyir. Məlum olay iki ölkə arasında normallaşma prosesinə zərbə vurur. Rəsmi Bakının təhlükəsizliklə bağlı tədbirlərinin doğruluğu isbatlanır.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir