Çempionlar Liqası matçından sonra Holand “Real Madrid”in soyunub-geyinmə otağına niyə baş çəkib?

Dünya




“Mançester Siti”nin hücumçusu Erlinq Holand Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real Madrid”lə ilk oyunundan (3:3) sonra rəqibin paltardəyişmə otağına baş çəkib.

Məlumata görə, norveçli hücumçu yarımmüdafiəçi Luka Modriçin köynəyini istəmək üçün “Los Blankos”un soyunub-geyinmə otağına daxil olub. Qeyd olunub ki, xorvatiyalı ilə söhbət zamanı Holand Modriçi əfsanə adlandırıb.

Erlinq Holand 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm norveçli forvard bütün yarışlarda 37 matçda iştirak edib, 30 qol vurub və altı məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də keçiriləcək. Bu oyun İngiltərədə, “Etihad” stadionunda (Mançester şəhəri) baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Mənbə: Championat

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir