Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb – FOTO

Cəmiyyət




Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən resmixeber.aza məlumat verilib.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən doqquz ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, iki ədəd partlayıcı başlığı, iki ədəd “M-75” əl qumbarası, dörd ədəd avtomat darağı və çox sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir