İrəvanda həyəcan: Məktəb və ticarət mərkəzlərində terror aktları təhlükəsi

Dünya




Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi İrəvan məktəblərində törədiləcək terror aktlarının hazırlanması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.  

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, daha əvvəl anonim “Telegram” kanallarından birində naməlum şəxsin aprelin 12-də İrəvanda 17 məktəbdə, eləcə də 2 ticarət mərkəzində terror aktları törətməyi planlaşdırdığı barədə xəbər yayılıb. Məktəb çatında sürətlə yayılan xəbər valideynlərdə narahatlıq yaradıb.

“Hazırda məktəblərdə dərslər davam edir, lakin biz hüquq-mühafizə orqanlarından mesajları yoxlamağı xahiş etdik”, – deyə nazirlikdən bildirilib.

Mənbə: Erməni KİV

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir