İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb – FOTO

Cəmiyyət




Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan beş kiloqrama yaxın marixuana aşkar edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan “Cəlal” adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir