Hindistanda sürücü məktəb avtobusundan yerə atıldı: Ölənlər var

Dünya




Hindistanın mərkəzi Haryana əyalətində sürücü məktəb avtobusu hərəkətdə olarkən yerə atılıb.

Sürücüsüz avtomobil ağaca çırpılaraq aşıb və nəticədə altı uşaq ölüb.

Qəza zamanı avtobusda 30-dan çox məktəbli olub, onlardan 20-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər, üçünün vəziyyəti ağırdır.

Polis sürücünü saxlayıb. Kişi polisə bildirib ki, idarəetməni itirdikdən sonra avtomobili tərk etmək qərarına gəlib. Ehtimal olunur ki, sürücü sərxoş olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar.

Mənbə: news.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir