Apteklərin sayı çoxalır, əczaçılar isə azalır: Problemi necə həll etmək olar? – VİDEO

Cəmiyyət




“İldən-ilə apteklərin sayı çoxalır, əczaçılar isə azalır”.

Xezerxeber.az-ın məlumatına görə, bunu sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. O bildirib ki, apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb.

Ekspert bildirib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə bağlı ciddi problemlər yarada bilər.

Ekspert əlavə edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var. Bununla qismən də olsa çatışmazlıqları aradan qaldırmaq olar.

Qeyd edək ki, aptekdə çalışan və dərman vasitələrinin buraxılışını həyata keçirən şəxs və ya şəxslərin ali və ya orta əczaçılıq təhsilinə malik olmaması məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər üçün isə 1 000 manatdan 2 000 min manatadək cərimələnə bilərlər.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir