Kreml İstanbuldakı sülh təşəbbüsünə münasibət bildirib

Dünya




“Prezident Vladimir Putinin dəfələrlə dediyi kimi, Rusiya Ukrayna ilə dinc danışıqlara hazırdır, lakin Ukrayna özünə Moskva ilə danışıqlara qadağa qoyduğundan Rusiya tərəfi qarşıda “üfüqü” görmür”.

Bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib.

D.Peskov 2022-ci ildə Rusiya və Ukrayna arasında İstanbulda müzakirə edilən sülh təşəbbüsü planına da toxunub.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, o vaxtdan bəri geosiyasi reallıq çox dəyişib.

“İstənilən danışıqlarda bu məqamı diqqətdən kənarda saxlamaq uzaqgörən baxış olmazdı”, – deyə D.Peskov vurğulayıb.

Mənbə: RBK

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir