Bakıda 30 yaşlı kişi ürəyindən bıçaqlandı

Cəmiyyət




Bakının Nizami rayonunda bir nəfər bıçaqlanıb.

resmixeber.az xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Anar Malik oğlu Quliyev yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

O, döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir