Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bomba partlaması səbəbindən iki nəfər həlak olub, 10 nəfər yaralanıb.
resmixeber.az-ın məlumatına görə, bu barədə yerli polis məlumat verib.
Bildirilir ki, aprelin 7-də yerli vaxtla saat 21:40-da Xuzdar bölgəsindəki bazarda motosiklə yerləşdirilmiş əldəqayırma bomba partlayıb. Nəticədə Ramazan bayramı münasibətilə alış-veriş edən dinc sakinlər xəsarət alıblar.
Aralarında qadın və uşaqların olduğu yaralılar xəstəxanalara aparılıblar.
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma boynuna götürməyib.
Mənbə: China.org.cn
www.RESMIXEBER.az