“Fənərbağça” U-19 komandası “Giresunspor”u məğlub etdi

Dünya

“Fənərbağça” U-19 komandası “Giresunspor”lu həmyaşıdlarına 4:1 hesabı ilə qalib gəlib.

resmixeber.az xəbər verir ki, “Fənərbağça”nın qollarını 32-ci dəqiqədə Emirhan Arkutçu, 67-ci dəqiqədə Muhammet Zeki Dursun, 79-cu dəqiqədə Yiğit Emre Ekiz vurublar və 90+3 dəqiqədə penaltidə Efekan Karayazı fərqlənib. Qonaq komandanın yeganə qolunu isə 18-ci dəqiqədə Caner Akbayrak vurub.

Bu nəticə ilə xallarını 39-a yüksəldən “Fənərbağça” liderliyini qoruyub. “Giresunspor” isə yeddi xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Fənərbağça” bir neçə saat sonra “Qalatasaray”la Türkiyə Super Kuboku finalına çıxacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir