Türkiyədə İŞİD-ə qarşı əməliyyat: İstanbulda kilsə hücumu ilə əlaqədar çox sayda şübhəli saxlanıldı – VİDEO

Dünya

Türkiyədə İŞİD terror təşkilatına qarşı “BOZDOĞAN-21” əməliyyatı həyata keçirilib.

Əməliyyat zamanı İstanbulda Santa Mariya kilsəsinə silahlı hücumla bağlı və münaqişə bölgələri ilə təmasda olan şəxslər başda olmaqla 48 şübhəli ələ keçirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

“İstanbul Terrorla Mübarizə İdarəsi tərəfindən aparılan işlər nəticəsində İstanbulun Sarıyer rayonundakı Santa Mariya kilsəsinə silahlı hücumun səbəbkarları ilə əlaqəsi olan və münaqişə bölgələri ilə təmasda olduqları müəyyən edilən 30 şübhəli şəxs saxlanılıb.

Ankara Təhlükəsizlik İdarəsi tərəfindən aparılan işlər nəticəsində İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilən 18 şübhəli şəxs ələ keçirilib”, – deyə paylaşımda bildirilib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir