Almaz Ələsgərova və Emil Heydərov Andrey Malaxovun qonağı olublar – FOTO

Dünya

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının artisti Emil Heydərov və Azərbaycanın Əməkdar artisti Almaz Ələsgərova Andrey Malaxovun “Rusiya 1” televiziya kanalında yayımlanan “Salam, Andrey!” verilişinin efirinə dəvət alıblar. 

Emil Heydərov özünün “Instagram” sosial şəbəkəsindəki səhifəsində Rusiya televiziyasının ən reytinqli verilişlərindən birinə çəkildiyini açıqlayıb, lakin o, Almaz Ələsgərova ilə birlikdə iştirak etdiyi verilişin yayım tarixini, orada müzakirə edilən mövzunu hələlik açıqlamayıb.

Həmçinin A.Malaxovun verilişinin yeni buraxılışında Azərbaycan sənətçiləri ilə birlikdə Rusiyanın Xalq artisti Stas Mixaylov da iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Xalq artisti Əlixan Səmədov, tanınmış azərbaycanlı şanson ifaçısı Cəlal Abbasov, o cümlədən azərbaycanəsilli Belarus estradasının ulduzu Günəş Abasova “Salam, Andrey!” verilişinin qonağı olublar. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir