Ersin Tatar Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun yaradılması ilə bağlı paylaşım etdi – FOTO

Dünya

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar iki ölkə arasında Parlamentlərarası Dostluq Qrupunun yaradılması münasibətilə paylaşım edib.

O özünün “X” hesabında etdiyi paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və bütün millət vəkillərinə təşəkkür edib.  

“Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun yaradılması münasibətilə, “Türk dünyası bizim ailəmizdir, türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik”, – deyən Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və bütün millət vəkillərinə çox təşəkkür edirəm”, – deyə Ersin Tatar bildirib.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir