Bütün vulkanlar eyni anda oyanarsa… – Mümkün qiyamətlə bağlı PROQNOZ

Dünya

Alimlər Yer kürəsində aktiv vulkanların birgə oyanması halında bəşər sivilizasiyası üçün mümkün nəticələri açıqlayıblar.

Məlumata görə, hazırda mindən çox belə obyekt var, lakin elm adamları onları eyni vaxtda oyatmaq üçün lazım olan dəqiq gücü hələ müəyyən edə bilməyiblər.

Bildirilib ki, aktiv vulkanların kütləvi şəkildə oyanması qlobal ictimaiyyətə ciddi təsir etmək potensialına malikdir.

Belə vəziyyət uçan təyyarələrin yerə düşməsinə, binaların dağılmasına, elektrik şəbəkələrinin sıradan çıxmasına və içməli su mənbələrinin küllə çirklənməsinə səbəb olacaq.

Planetdə temperatur 15 dərəcə aşağı düşərək ən azı altı ay aşağı səviyyədə qalacaq və kül yağışı isə kənd təsərrüfatını məhv edəcək.

Alimlər qeyd edirlər ki, belə bir ssenarinin baş vermə ehtimalı azdır, lakin əgər belə olarsa, bu, qiyaməti xatırladacaq.

Mənbə: pravda.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir