Deni Sassu-Nqesso: “Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”

Siyasət

“Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.

“Həmçinin, biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, – deyə o əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir