Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri işdən çıxarılıb

Dünya

Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.

Müvafiq sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

“Kəşfiyyat Xidməti haqqında Gürcüstan Qanununun 9-cu maddəsinin birinci bəndi əsasında general-mayor Şalva Lomidze Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindən azad edilsin”, – baş nazirin sərəncamında qeyd edilib.

Mənbə: 1tv.ge

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir