Salyan şosesində TIR-ın aşması səbəbindən tıxac yaranıb – VİDEO

Cəmiyyət

“Salyan şosesində, Bakı Dərin Özüllər Zavodunun yaxınlığında, güclü külək səbəbindən yük maşını aşıb”.

Bu barədə resmixeber.az-a hadisə yerindən xəbər verilib.  

Məlumatda qeyd olunub ki, aşan TIR-ın ərazidən götürülməsi səbəbindən yolda uzun tıxac yaranıb.

Bundan əlavə, məlumatda o da vurğulanıb ki, Lökbatan dairəsindən Ələt istiqamətində hərəkətdə olan TIR-lar mümkün aşma təhlükəsi üzündən məcburi dayandırılır.”

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab ala bilmədik.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir