Nərimanovda yanğında xəsarət alanlardan dördü evə buraxılıb

Cəmiyyət

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, yanğında xəsarət alan və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan beş nəfərdən dördü evə buraxılıb. Bir nəfərin müalicəsi hələ də mərkəzdə davam etdirilir.

Xatırladaq ki, martın 31-də Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmışdı. Qalan beş nəfərin müalicəsi mərkəzin Toksikologiya şöbəsində davam etdirilirdi.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir