Türkiyənin Pervari şəhərində komendant saatı elan edilib, bəzi şəhərlərdə iğtişaşlar törədilib – VİDEO

Dünya

Türkiyənin Van və Bitlis şəhərlərində aprelin 3-dən aprelin 17-dək nümayişlərin açıq toplantıların keçirilməsinə 15 gün müddətində qadağa qoyulub.

Bundan əlavə Siirt vilayətinin Pervari şəhərində komendant saatı elan edilib.

Qadağaların tətbiqinə bu gecədən etibarən bir qrup şəxsin Türkiyənin müxtəlif şəhərlərində aksiyalar keçirməsi səbəb olub. 

Onlar seçkiyə, xüsusən Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM Partiya) olan namizəd Abdullah Zeydanın seçki komissiyasının qərarı ilə nəticələrin ləğv olunmasına etiraz ediblər. 

Mənbə: NTV

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir