Türkiyənin şərqində seçkidən sonra 89 nəfər saxlanılıb – FOTO

Dünya

Türkiyə polisi ölkənin bir sıra şərq və cənub-şərq əyalətlərində bələdiyyə seçkisindən sonra razılaşdırılmamış etiraz aksiyalarında iştirak etdikləri üçün 89 nəfəri saxlayıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.

“Aprelin 2-də razılaşdırılmamış aksiyalar keçirilib və bu aksiyalar zamanı iştirakçılar separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirib, təhlükəsizlik qüvvələrimizə daş atıb və xəbərdarlıqlara baxmayaraq, polisə müqavimət göstəriblər. 89 nəfər saxlanılıb”, – deyə nazir yazıb.

O qeyd edib ki, ölkənin şərqindəki Van, Hakkari, Siirt, Batman, Şırnak vilayətlərində, eləcə də ölkənin qərbindəki İzmirdə nümayişlər və polislə toqquşmalar baş verib.

Nümayişlər həm bəzi şərq bölgələrində keçirilən seçkilərdə kürd yönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) namizədlərinin qələbəsi, həm də Van şəhərinin bələdiyyə sədri ilə bağlı vəziyyətlə əlaqədardır.

Mənbə: yenisafak.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir