Azərbaycan pəhləvanı dünya rekordlarına imza atıb – FOTO/VİDEO

DIN

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordlarına imza atıb.

resmixeber.az xəbər verir ki, o, bəzi dünya rekordlarını yeniləyib.

Sözügedən tədbir Gənclər və İdman Nazirliyinin binasının qarşısıda keçirilib.

Pəhləvan ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanaraq hər iki əldə bıçağa bağlanmış çəki daşlarını qolları horizontal vəziyyətdə tutmaqla havada saxlayıb. O, bu zaman bıçağın kəsici hissəsindən tutub. İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını ağız nahiyəsində dişlə tutaraq avtomobil dartıb.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Ginnes rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir