Cəlilabad rayonunda süni gölə düşən 18 yaşlı qız polis əməkdaşları tərəfindən xilas olunub.
“resmixeber.az”un məlumatına görə, Cəlilabad rayonu ərazisində 2006-cı il təvəllüdlü qız “Petrovka” gölü kimi tanınan su hövzəsinə düşüb.
Həmin vaxt ərazidən keçən Cəlilabad Rayon Polis Şöbəsinin iki əməkdaşı qızın suya düşdüyünü və boğulmaqda olduğunu görərək dərhal gölə atılaraq, onun boğulmasının qarşısını alıblar.
Həmin şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az