Zəlzələdən sonra Tayvanın Quyşan adasının bir hissəsi çöküb – ANBAAN VİDEO

DIN

Tayvanda baş verən güclü zəlzələ bir sıra dağıntılara və torpaq sürüşmələrinə səbəb olub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrların birində Tayvanın şərqindəki Yilan sahillərində Quyşan adasının (Tısbağa dağı adası) bir hissəsinin uçması əks olunub.

Qeyd edək ki, bu səhər yerli vaxtla 07:58-də (Bakı vaxtı ilə 03:58) Tayvanda 7,5 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində dörd nəfər həlak olub, 97 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yeraltı təkanlara görə digər ölkələrdə sunami təhlükəsi elan olunub.

Mənbə: “Svejesti” “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir