“Crocus”da törədilən terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edilib

Dünya

Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.

Bu barədə Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev bildirib.

“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından evlərinə qayıdıblar. Bəziləri qara siyahıda olub. Digərləri isə ilk dəfə Rusiyaya uçub, lakin heç bir dəlil olmadan ölkədən çıxarılıblar. Rusiya təhlükəsizlik qüvvələri əcnəbilərin xarici görünüşü etimad yaratmasa onları Rusiyaya buraxmamaq hüququna malikdir”, – deyə İmanqaziyev bazar ertəsi parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.

Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına gücləndirilmiş sərhəd nəzarəti rejimi aradan qaldırılana qədər Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Mənbə: İnterfaks

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir