Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
resmixeber.az-nın xəbərinə görə, hadisə bu gün rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
İsrayıl Əli oğlu Rzayev idarə etdiyi VAZ-2107 markalı minik maşını ilə yolu keçən piyada, 2016-cı il təvəllüdlü Adıgözəlli Yusif Kənan oğlunu vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.
Zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
www.RESMIXEBER.az