İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
resmixeber.az xəbər verir ki, “Tottenhem” “Luton Taun”a çətinliklə qalib gəlib – 2:1.
Matçın ilk qolu üçüncü dəqiqədə vurulub. “Luton”un yarımmüdafiəçisi Tahit Çonq hesabı açıb. 51-ci dəqiqədə qonaqların müdafiəçisi İssa Kabore topu öz qapısına göndərərək hesabı bərabərləşdirib. 86-cı dəqiqədə koreyalı hücumçu Son Hın Minin qolu isə ev sahiblərinə qələbə gətirib.
Bu qələbədən sonra londonlular 56 xal toplayıblar. Komanda çempionat cədvəlində dördüncü pilləyə yüksəlib. “Luton” isə 22 xalla 18-ci yerdədir.
“Çelsi” evdə “Börnli” ilə heç-heçə edib – 2:2. Londonluların heyətində Koul Palmer dubla imza atıb. Qonaqların qollarını Coş Kallen və Dara O’Şi vurub. “Börnli” 43-cü dəqiqədən on nəfərlə qalıb.
Hazırda “zadəganlar”ın 40 xalı var və Premyer Liqa cədvəlində 11-ci yerdədirlər. “Börnli” isə 18 xalla 19-cudur.
www.RESMIXEBER.az