Bərdədə canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb – FOTO

Cəmiyyət

Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub.

resmixeber.az xəbər verir ki, hadisə rayonunun Tumaslı kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib. Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30-nu isə yaralayıb.

Rayon Baytarlıq İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Təsərrüfat sahibi bildirib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir