Volodimir Zelenski birinci köməkçisi Sergey Şefiri və müşavirlərini işdən çıxardı

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski birinci köməkçisi Sergey Şefiri tutduğu vəzifədən azad edib.

Fərman Ukrayna liderinin rəsmi saytında dərc olunub.

“Şefir Sergey Naxmanoviç Ukrayna prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, – deyə sənəddə bildirilir.

Qeyd edək ki, Şefir həm də “Kvartal 95” studiyasında Zelenskinin çoxdankı dostu və biznes şəriki olub.

Volodimir Zelenski həmçinin ştatdankənar müşaviri Oleq Ustenko, müşaviri Sergey Trofimovu, ştatdankənar müşaviri Mixail Radutskini, könüllülük üzrə komissarı Nataliya Puşkareva və Ukrayna müdafiəçilərinin hüquqlarının təmin edilməsi üzrə komissarı Alena Verbitskayanı işdən çıxarıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir