Dərzilərə tələbat niyə azalır? – VİDEO

Cəmiyyət

Əvvəlki illərdə icarəyə geyim verilən mağazaların sayı az idi. Ona görə də xanımlar istədikləri növ geyimləri tikdirmək üçün dərzilərə üz tuturdular.

Bu gün isə vəziyyət fərqlidir. Demək olar ki, şəhərdə beş mağazadan ikisi atelyedir.

Bəs bu vəziyyət dərzilik peşəsinə necə təsir edir?

Dərzi Sara Rüstəmova bildirib ki, əvvəl tələbat daha çox idi, indi isə azalıb:

“İndi dərzilər də, kirayə paltar verilən yerlər də çoxalıb. Ona görə də tələbat azalıb. Amma peşəsində usta olanın həmişə işi olur. Əvvəllər dərziliyə üstünlük daha çox idi, toyu olan, nişanı olan adamın hər şeyi dərzidən keçirdi. Xonça bağlamaları belə dərzilərdə tikilirdi, amma indi elə deyil”.

Əvvəllər qiymətli hədiyyə hesab edilən parça özəl günü olan xanımlara bəxş olunurdu. Eləcə də qədim ənənələrimizdən olan parçabiçdi mərasiminə hazırlananlar aylarla dərzilərdə geyimlər sifariş edirdilər. İndi bu ənənələr ya tamamilə yox olub, ya da yenisi ilə əvəzlənib. Dərzilik peşəsinə müraciət azalsa da, unudulmur. Bu gün isə tələb təklifdən asılıdır.

Ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir