Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? – VİDEO

Cəmiyyət

Cəlilabadın Soltankənd kəndinin sakinləri illərdir mavi yanacaq üzünə həsrətdirlər.

Qazın olmaması ailələrin yaşayış məntəqəsini tərk etməsinə gətirib çıxarır.

“Meşələr məhv oldu. Qaz olmadığına görə ağacların hamısı kəsildi. Qaz olsaydı, gənclər bu kənddən köçüb getməzdilər”, – deyə sakinlər narazılıq bildiriblər.

Kənd sakinlərinin problemi tək mavi yanacaqla bitmir. 1000-ə yaxın sakini olan Soltankənddə bu günə qədər internet xətti çəkilməyib.

“Qonşu kəndə internet çəkiblər. Həmin kənd bizdən 800 metr məsafədə yerləşir. Dedilər ki, layihədə yoxsunuz, sizə internet xətti başqa kənddən çəkiləcək”, – deyə şikayətçi Elman İsgəndərov söyləyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir