Makron braziliyalı həmkarı ilə “evlənməsini” şərh etdi: “Bəli, bu, toy idi!” – FOTO

DIN

Fransa Prezidenti Emmanuel Makron Braziliyada üçgünlük səfərdədir. Ancaq dünya mediasının diqqətini ikitərəfli ölkələrin əlaqələrdən çox Makronun Latın Amerika ölkəsinin Prezidenti Lula de Silva ilə qəribə fotoları çəkib.

resmixeber.az-ın məlumatına görə, kadrlarda Fransa prezidenti hər yerdə braziliyalı həmkarı ilə əl-ələ, göz-gözə görüntülənib.

Kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb. Bir çoxları dövlət başçılarının görünüşünü toy şəkilləri çəkdirən cütlüklərin fotoları ilə müqayisə edib.

Sosial şəbəkələrdə şəkillərə “Onlar Amazonda evlənməyi və Parisdə bal ayı keçirməyi düşünürlər”, “Lula və Makronun toyöncəsi məşqi əla alınıb, həsəd aparmayın”, “Toydan sonrakı şəkilləri gözləyirik, maraqlı albom alınacaq” və s. şərhlər yazılıb.

Makronun rəylərə münasibəti isə daha çox gülüşə səbəb olub:

“Bəziləri mənim Braziliyaya səfərimin fotoşəkillərini toy şəkilləri ilə müqayisə etdi. Mən onlara deyirəm: Bəli, bu, toy idi! Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir!”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir