Bəyəndik Heydərov: “Dövlətimiz Füzulidə cənnət yaradır”

Cəmiyyət

“Allah bütün məcburi köçkünlərə öz yurd-yuvalarına dönməyi nəsib etsin”.

Bunu resmixeber.az-a açıqlamasında Füzulidən olan keçmiş məcburi köçkün Bəyəndik Məhəmməd oğlu Heydərov deyib.

O bildirib ki, ən böyük arzusu Füzuli şəhərinə köçməkdir:

“Mən Füzulinin Dövlətyarlı kəndindənəm. Ən böyük arzum Füzuli şəhərinə köçməkdir. Yaxın qohumlarımı yola salmağa gəlmişəm. Allah mənə də doğma yurda köçməyi nəsib etsin.

Çox ağrılı-acılı günlər yaşadıq. Yataqxanalarda, pansionlarda köçkünlük həyatı sürdük. Çox şükür ki, o günlərimiz artıq geridə qaldı. Bu gün dövlətimiz Füzulidə cənnət yaradır, abadlaşdırır, qurur, tikir.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (138 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə  666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir