Burak Özçivitin İngiltərədəki tədbiri ləğv edildi: Polis icazə vermədi – FOTO

Dünya

Burak Özçivitin tanıtım siması olduğu ətir markasının Pakistanda yaratdığı izdiham görüntüləri İngiltərədəki tədbirin təhlükəsizlik səbəbilə ləğv edilməsinə səbəb olub.

İngiltərə polisi Burak Özçivitin Bredford şəhərindəki “The Broadway” ticarət mərkəzində keçiriləcək təqdimat mərasimində təhlükəsizliyi təmin edə bilməyəcəklərini bildirib. Bundan sonra tədbir ləğv edilib.

Polisdən qeyd edilib ki, Burak Özçivitin Pakistandakı çıxışı zamanı olduğu kimi, bənzər xaotik mühit yarana bilər.

Ticarət mərkəzi bununla bağlı açıqlamasında polisin tövsiyəsinə əməl etdiklərini deyib.

“Təəssüf ki, Burakın tədbirinin təhlükəsizlik səbəbilə ləğv edilməsinə qərar verildi. Bu qərarın səbəb ola biləcəyi məyusluğa görə üzr istəyirik”, – deyə “The Broadway”in açıqlamasında qeyd edilib.

Mənbə: Patronlardünyası.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir