DTX rəisi: “Qarabağdakı separatçı rejim rəhbərlərinin saxlanılması ən böyük uğurlardan biridir”

Siyasət

“2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Qarabağdakı separatçı-kriminal xunta rejiminin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir”.

resmixeber.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

“2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir”, – deyə DTX rəisi bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir