Sumqayıtda valideynlər musiqi kollecinin 20 nömrəli məktəbə köçürülməsinə etiraz edirlər.
Valideynlərin sözlərinə görə, bayram tətilindən sonra dərslər başlayanda məktəblə kollecin birləşdirildiyindən xəbərdar olublar.
“Nə valideynlərə, nə də uşaqlara bu barədə xəbərdarlıq edilib. Musiqi kollecinin müavini deyir ki, binamız təmirsizdir. Bu o deməkdir ki, harada təmirli yer görsəniz, oranı zəbt etməlisiniz?!
Uşaqlarımız çalğı səsindən necə dərs oxuyacaqlar?!” – deyə valideynlər narazılıq bildiriblər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.RESMIXEBER.az