Rayonlararası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri videokameralarla təchiz ediləcək

Cəmiyyət

Rayonlararası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri videokameralar ilə təchiz edilməlidir.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblər müəyyənləşib.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir.

Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir.

Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kiloqramlıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə iki ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən həmin işıqlar yandırılmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir