Naxçıvan şəhərinin sakinləri nəqliyyat problemindən şikayətçidirlər.
Sakinlər marşrut avtobuslarının sayının az, intervalın isə çox olduğunu, axşam saat 7-dən sonra isə ümumiyyətlə avtobus tapmaqda çətinlik çəkdiklərini deyirlər.
“Hamının taksidən istifadə etməyə imkanı yoxdur. Əsasən də yaşlılar, iş müddəti çox olanlar bu problemdən əziyyət çəkirlər”, – deyə sakinlər narazılıq bildiriblər.
Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, yaz-yay mövsümü ilə əlaqədar avtobusların sayının artırılması, intervalın isə azaldılması nəzərdə tutulur.
Saat 21:00-dan sonra marşrutların işləməsinə gəlincə isə qurumdan bildirilib ki, sərnişin sıxlığı qeydə alınarsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.RESMIXEBER.az